İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı futbolçusu məlum olub. Matc.az xəbər verir ki, bu, "Liverpul"un futbolçusu Trent Aleksander-Arnolddu. 
 
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. 21 yaşlı müdafiəçi "Liverpul"la dekabrda iştirak etdiyi 5 Premyer Liqa matçında 1 qol vurub, 3 məhsuldar ötürmə edib.
 
Premyer Liqada dekabr ayının ən yaxşı baş məşqçisi isə "Liverpul"un çalışdırıcısı Yurgen Klopp seçilib. Sözügedən komanda almaniyalı mütəxəssisin rəhbərliyi ilə dekabrda Premyer Liqada keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest