İngiltərənin "çelsi" klubu daha bir futbolçusunu icarəyə göndərib. Matc.az xəbər verir ki, London təmsilçisi gənc müdafiəçisi Mark Qeini "Suonsi Siti"yə icarəyə verib.
 
Bu barədə hər iki klubun mətbuat xidmətləri məlumat yayıb. 19 yaşlı müdafiəçi mövsümün sonuna qədər çempionşip klubunda forma geyinəcək.
 
21 yaşadək futbolçulardan ibarət İngiltərə millisinin də üzvü olan Qei, bu mövsüm "çelsi"nin əsas komandası ilə 2 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest