"çelsi"nin futbolçusu Kristian Pulişiç bir müddət komandadan ayrı qalacaq. Matc.az xəbər verir ki, bu barədə "zadəganlar"ın baş məşqçisi Frenk Lempard Premyer Liqanın XXII turunda  "Bernli" ilə görüşdən əvvəl keçirilən mətbuat konfransında məlumat verib.

İngiltərəli mütəxəssis yarımmüdafiəçini əzələ ağrıları səbəbi ilə heyətdən çıxardığını bildirib: "Pulişiç əzələsinə görə bir neçə həftə kənarda qalacaq. Bu, bizim üçün itkidi və üzülürük. Miladdan əvvəl bir az yorğunluqdan şikayətləndi. Ona görə də zədə qorxusu səbəbindən onu bir müddət heyətdən çıxardım. Kristian azarkeşləri sevindirməyi bacaran, istedadlı futbolçudu".

Qeyd edək ki, ötən ildən London təmsilçisində oynayan Pulişiç bu mövsüm Premyer Liqada 16 matça çıxaraq 5 qol vurub, 2 qolun ötürməsini verib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest