Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirib. Ayın 8-dən qonşu ölkədə olan bakılılar yerli "Ümraniyespor"la üz-üzə gəlib. İstanbul təmsilçisi Türkiyənin 1-ci liqasında mübarizə aparır.
Türkiyədə təlim-məşq toplanışında olan "Zirə" bu gün ilk yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, ayın 8-dən qonşu ölkədə olan bakılılar yerli "ümraniyespor"la üz-üzə gəlib.
İstanbul təmsilçisi Türkiyənin 1-ci liqasında mübarizə aparır. ötən mövsümü 8-ci pillədə başa vuran komanda cari çempionatın 17 turundan sonra 25 xalla 7-ci sırada qərarlaşıb.
Bu rəqiblə qarşılaşma "Zirə" üçün uğursuz alınıb. Azərbaycan təmsilçisi 3 cavabsız qola üzülüb.
Qeyd edək ki, yanvarın 22-dək davam edəcək Antalya toplanışı çərçivəsində "Zirə" ümumilikdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.
Yoxlama görüşü
11 yanvar
"Zirə" - "ümraniyespor" (Türkiyə) - 0:3
Antalya. "Fanatic Tour"un meydanı
"Zirə" ilk yarıda bu heyətlə mübarizə aparıb: Orxan Sadıqlı, Elvin Camalov, Alvaro Amupero, Cavid Hüseynov (k), Ağabala Ramazanov, David Volkov, Xulio Sezar Rodriqes, Miloş Bakraç, Adrian Skarlatake, Tellur Mütəllimov, Əli Şirinov.