Futbol üzrə İngiltərə Premyer Liqasında 22-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
 
"çelsi" bu turda "Bernli"ni, "Mançester Yunayted" isə "Norviç"i sınağa çəkib. Hər iki oyunda favorit göstərilən meydan sahibləri darmadağına sevinib.
 
Turun mərkəzi görüşündə lider "Liverpul" Londonda "Tottenhem"lə üz-üzə gəlib. Yurgen Kloppun çalışdırdığı qonaqlar Joze Mourinyolu paytaxt təmsilçisini səfərdə məğlub edib. "Arsenal" səfərdə "Kristal Pelas"la heç-heçəyə razılaşıb. "Lester" isə evdə "Sauthempton"a məğlub olub.
 
İngiltərə Premyer Liqası
22-ci tur
10 yanvar
 
Şeffild Yunayted – Vest Hem 1:0
Qol: Makbörni, 53.
 
11 yanvar
 
Kristal Pelas – Arsenal 1:1
Qol: Ayyu, 54 – Obameyanq, 12.
 
çelsi – Bernli 3:0
Qol: Jorjinyo, 27. Abraham, 38. Hadson-Odoi, 49.
 
Everton – Brayton 1:0
Qol: Riçarlison, 38.
 
Lester – Sauthempton 1:2
Qol: Praet, 14 – Armstronq, 19. İnqs, 81.
 
Mançester Yunayted – Norviç 4:0
Qol: Reşford, 27; 52. Marsyal, 54. Qrinvud, 76.
 
Vulverhempton – Nyukasl 1:1
Qol: Dendonker, 14 – Almiron, 7.
 
Tottenhem – Liverpul 0:1
Qol: Firmino, 37.
 
12 yanvar
 
18:00 Bornmut – Uotford
20:30 Aston Villa – Mançester Siti

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest