"Quanqçjou Everqrand" klubu hazırda icarə əsasında oynatdığı Paulinyonu transfer edib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, klublar bu keçiddə ortaq məxrəcə gəliblər.

çin təmsilçisi Paulinyonu yayda icarəyə götürəndə 50 milyon avroya birdəfəlik transfer etmək hüququ qazanmışdı. Braziliyalının parlaq çıxışını nəzərə alan çinlilər gələn yayı gözləmədən bu məbləği ödəməyə razılıq verib. Qış fasiləsində onun transferi rəsmən açıqlanacaq və bununla "Barselona" maliyyə feyr-pleyinə görə cəza almaqdan qurtulacaq.

Qeyd edək ki, Paulinyo çin Superliqasında keçirdiyi 13 matçda 10 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest