"Neftçi" baş məşqçisi Roberto Bordini istefaya göndərmək niyyətindədi. Matc.az xəbər verir ki, italiyalının müqaviləsi klub rəhbərliyinin əl-qolunu bağlayır.

çalışdırıcının fəaliyyətindən məmnun qalmayan "ağ-qaralar"onun gedişi üçün mövsümün sonunu gözləmək istəmir. Bununla bağlı Bordinin özü ilə söhbət də olub. "Neftçi" müqavilənin qarşılıqlı razılıqla pozulması müqabilində 80 min dollar ödəməyə hazırdı. Ancaq Bordin bununla razılaşmır. O, indi vəzifəsindən getmək üçün 250 min dollar təzminat tələb edir.

Əks təqdirdə 55 yaşlı mütəxəssis müqavilə müddətinin sonuna - cari mövsümün axırına qədər işini davam etdirəcək və yayda ayrılacaq.

Qeyd edək ki, mövsümün ilk yarısından sonra turnir cədvəlində 2-ci sırada qərarlaşan "Neftçi" lider "Qarabağ"dan 6 xal geri qalır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest