Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. "Gənclik şəhəri" təmsilçisinin ilk görüşünün vaxtı və məkanı da artıq müəyyənləşib. Ayxan Abbasov yetirmələrini ilk olaraq sabah Macarıstanın "Kaposvar" klubuna qarşı sınayacaq.

Antalyada təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" 4 yoxlama görüşündə qüvvəsini sınayacaq. Matc.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisinin ilk görüşünün vaxtı və məkanı da artıq müəyyənləşib.

Belə ki, Ayxan Abbasov yetirmələrini ilk olaraq sabah Macarıstanın "Kaposvar" klubuna qarşı sınayacaq. Bələk bölgəsindəki "Topkapı" otelinin stadionunda baş tutacaq oyun Bakı vaxtı ilə 16:30-da start götürəcək.

Qeyd edək ki, "Sumqayıt" toplanış çərçivəsində yanvarın 18-də "Politexnika" (Rumıniya), 21-də "Arka" (Polşa), 25-də isə "Şaxtyor"la (Karaqandi, Qazaxıstan) qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest