"Milan" qış transfer dönəmində heyətini daha bir oyunçu ilə gücləndirib. Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Sevilya"nın müdafiəçisi Simon Kyaer "rossonyerlər"lə anlaşıb.

A seriyası təmsilçisi Danimarka millisinin üzvünü mövsümün sonuna qədər icarəyə götürüb. Kyaer mövsümün ilk dövrəsini İtaliyanın digər klubu "Atalanta"da keçirib.

Qeyd edək ki, karyerası ərzində "Palermo", "Volfsburq", "Roma", "Lill" və "Fənərbaxça" kimi klublarda oynamış Simon Kyaer "Sevilya"ya 2017-ci ildə transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest