İngiltərənin "Norviç Siti" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Almaniyanın "Herta" klubundan Andrey Dudanı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında "Norviç Siti"də forma geyinəcək.
 
Slovakiya millisinin də üzvü olan Duda, 2016-cı ildən "Herta"da çıxış edirdi. Yarımmüdafiəçi bu mövsüm Almaniya Bundesliqasında 7 oyuna çıxıb və qol vura bilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest