Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/32 final mərhələsinin təkrar oyunları keçirilir. Matc.az xəbər verir ki, ilk oyun günündə 6 belə qarşılaşma nəzərdə tutulsa da, onlardan beşi baş tutub.
 
"Nyukasl", "Şrusberi", "Ridinq", "Tottenhem" və "Koventri" rəqiblərinə qalib gələrək növbəti mərhələyə yüksəlib.
 
Xatırladaq ki, bu mərhələdə qaliblər əslində bir oyuna müəyyənləşir. Amma reqlamentə əsasən, ilk oyunda qalib 90 dəqiqə ərzində müəyyənləşməsə, həmin komandalar təkrar qarşılaşırlar.
 
İngiltərə Federasiya Kuboku
1/32 finalın təkrar oyunları
14 yanvar
 
Nyukasl – Roçdeyl 4:1 (ilk oyun 1:1)
Şrusberi – Bristol Siti 1:0 (1:1)
Blekpul – Ridinq 0:2 (2:2)
Tottenhem – Midlsbro 2:1 (1:1)
Koventri – Bristol Rovers 3:0 (2:2)
Tranmere – Uotford oyunu baş tutmayıb (3:3)
 
15 yanvar
 
23:45. Karlayl Yunayted – Kardiff Siti
23:45. Mançester Yunayted – Vulverhempton

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest