"Astana" ilə yollarını ayıran Roman Qriqorçukun istirahət etmək fikri yoxdu. Matc.az saytı xəbər verir ki, ukraynalı mütəxəssis ölkə mətbuatına açıqlamasında yorulmadığını söyləyib.

Onun durumunu dəyərləndirən Qazaxıstan mətbuatı isə Qriqorçukun harda işləyə biləcəyini araşdırıb. Həmkarlarımız əsasən 55 yaşlı çalışdırıcının işlədiyi ölkələrdə fəaliyyət göstərmə ehtimalına göz gəzdiriblər.

Yerli KİV 2014-2018-ci illərdə "Qəbələ"nin "sükanı arxası"nda olan Qriqorçukun Azərbaycana qayıdacağına inanmır: "Belə görünür ki, onun şərqdə sərgüzəştləri başa çatır. Azərbaycanda özü barədə gözəl xatirələr qoydu. Hazırda orda yalnız bir klub Qriqorçukun ambisiyalarına uyğundu - "Qarabağ". Ancaq Qurban Qurbanov uzun illərdi orda uğurlu işləyir və heç kim onun getməsini dilə gətirmir. Bu mənada Qriqorçuka Azərbaycanda yer yoxdu".

Həmkarlarımız Qriqorçukun ölkəsində ən real variantının Kiyev "Dinamo"su olduğunu vurğulayıb. Ancaq onun daha çox Polşa, Macarıstan kimi Avropa ölkələrinə yollanması ehtimal edilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest