Neymar rus modellə eşq yaşayır. Matc xəbər verir ki,ulduz futbolçu "instagram gözəli" olaraq tanınan rusiyalı model Katerina Səfərova ilə sevgilidir.

Hər iki tərəf sadəcə dost olduqlarını iddia etsələr də, Katerina Neymarın ad günü üçün bu yaxınlarda Parisə gəlib və onlar olduqca səmimi  görüntülər paylaşıblar. Səfərova həmçinin Barselona şəhərində də Neymarla bir yerdə görülüb. Onlar tez-tez şəhərin əyləncə mərkəzlərində olurlar. Rus model eyni zamanda İspaniyada yayımlanan olduqca məşhur realiti şou olan "Sınıq ada"nın da iştirakçısı olub.

Qeyd edək ki, Neymar 2017-ci ildə "Barselona"dan PSJ-yə keçib. O, bu mövsüm keirdiyi 11 oyunda 10 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest