"Sabah"ın baş məşqçisi Jelko Sopiç Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Rumıniyanın "Akademika Klinçeni" klubuna qarşı keçirdikləri yoxlama oyununu şərh edib. Matc.az xəbər verir ki, xorvatiyalı mütəxəssis qolsuz bitən matçla bağlı klubun rəsmi saytına bunları söyləyib:
 
"Bu gün sərgilədiyimiz oyundan məmnun qaldım. Komandam yaxşı təsir bağışladı. Rəqibə fərqlənmək üçün çox şans vermədik. Bu, bizim istədiyimiz oyundu. ümid edirəm ki, hər həftə öz oyunumuzu bir az daha inkişaf etdirəcəyik. Düşünürəm ki, biz doğru yoldayıq".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest