Futbol üzrə Fransa çempionatında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib. Matc.az xəbər verir ki, 12-ci turdan təxirə salınmış "Nim" - "Renn" matçında qonaqlar minimal hesabla üstün olublar.
 
16-cı turdan təxirə salınmış "Amyen" - "Reyms" qarşılaşmasında qalib müəyyənləşməyib.
 
15-ci turdan təxirə salınmış oyunda isə lider və son çempion PSJ "Monako" ilə qarşılaşıb. Beş qolun qeydə alındığı bu görüşdə Paris təmsilçisi rəqibini səfərdə darmadağın edib.
 
Fransa, Liqa 1
15 yanvar
 
12-ci turun oyunu
 
Nim – Renn 0:1
Qol: Hunu, 64.
 
16-cı turun oyunu
 
Amyen – Reyms 1:1
Qol: Konate, 54 – Kutesa, 45+1.
 
15-ci turun oyunu
 
Monako - PSJ 1:4
Qol: Bakayoko, 87 – Mbappe, 24; 90+1. Neymar, 45+2-pen. Sarabia, 72.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest