Bir neçə aydı adı "Qalatasaray"la çəkilən oyunçu İspaniya klubu ilə razılığa gəlib. Matc.az xəbər verir ki, İstanbul təmsilçisinin hədəfindəki futbolçu Jeison Murillo karyerasını "Selta Viqo"da davam etdirəcək.

27 yaşlı  kolumbiyalı futbolçu müqavilə ilə "Sampdoria" klubuna məxsusudur. O, mövsümün sonuna qədər  icarə əsasında "Selta Viiqo"da çıxış edəcək.

Qeyd edək ki, Murillo daha öncə "Barselona", "İnter", "Valensiya" kimi klublarda forma geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest