İngiltərənin "Vest Hem" klubu heyətini yeni futbolçuyla gücləndirib. Matc.az xəbər verir ki, London təmsilçisi "Midlsbro"dan Darren Rendolfu transfer edib.
 
Bu barədə "Vest Hem"in rəsmi saytı məlumat yayıb. 32 yaşlı qapıçı ilə müddəti 2023-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
İrlandiya milli komandasının da üzvü olan Rendolf, 2015-2017-ci illər aralığında da "Vest Hem"in şərəfini qoruyub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest