"çelsi" müdafiəçisi Ris Ceymslə müqavilənin müddətini uzadıb. Matc.az xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Tərəflər 5 illik müqaviləyə imza atıblar. 20 yaşlı ingilis futbolçu 2025-ci ilin yayına kimi "çelsi"nin uğurları üçün çalışacaq.
 
6 yaşından etibarən "çelsi"də futbolun sirlərini öyrənən Ris, ötən mövsümü "Viqan"da icarədə keçirib. O, London klubunun əsas komandasında indiyə qədər 18 oyun keçirib, 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest