Futbol üzrə İtaliya kubokunda 1/8 final mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə bir görüş baş tutub.
 
Səfərdə "Parma" ilə qarşılaşan "Roma" inamlı qələbə sayəsində adını növbəti mərhələyə yazdırıb.
 
Daha öncə "Torino", "Napoli", "Latsio", "İnter", "Fiorentina", "Milan" və "Yuventus" da 1/4 finala vəsiqəni təmin etmişdi.
 
İtaliya kuboku
1/8 final
9 yanvar
 
Torino – Cenoa 1:1 (penaltilər 5:3)
 
14 yanvar
 
Napoli – Peruca 2:0
 
Latsio – Kremoneze 4:0
 
İnter – Kalyari 4:1
 
15 yanvar
 
Fiorentina – Atalanta 2:1
 
Milan – SPAL 3:0
 
Yuventus – Udineze 4:0
 
16 yanvar
 
Parma – Roma 0:2
 
Beləliklə, İtaliya kubokunun 1/4 finalında aşağıdakı cütlüklər qarşılaşacaq:
 
Napoli – Latsio
İnter – Fiorentina
Milan – Torino
Yuventus – Roma
 
Bu ayın sonunda keçiriləcək 1/4 final oyunlarında da qalib bir matçda müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest