Bir neçə gün öncə Amerikanın ikinci liqasında çıxış edən "Feniks Rizinq"lə müqavilə imzalayan Rüfət Dadaşovun lisenziyası alınıb.  Matc.az xəbər verir ki, klub yerli federasiyaya 2020 üçün sifariş etdiyi 7 yeni oyunçusu içərisində Dadaşovun da adını qeyd edib.

 Ancaq maraqlıdır ki,  millimizin üzvü ilə klub arasında olan müqavilənin dettalları açıqlanmayıb.

Qeyd edək ki, Rüfət Dadaşov Almaniyanın "Proyssen" klubundan "Feniks Rizinq"ə keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest