Azərbaycan köhnə tarixə sahib bir sovet ölkəsidir. Əvvəllər ora uyğunlaşmaq çətin olsa da, sonradan hər şey yaxşı oldu. "Neftçi"də yaxşı bir kollektiv formalaşdırmışdıq.

Bir neçə gün öncə Ekvadorun "Muşuk Runa" klubuna transfer olunan "Neftçi"nin sabiq futbolçusu İqnasio Errera ölkə mətbuatına müsahibə verib. Matc.az xəbər verir ki, təcrübəli futbolçu müsahibəsi zamanı Azərbaycanla bağlı xatirələrini də danışıb:

"Azərbaycan köhnə tarixə sahib bir sovet ölkəsidir. Əvvəllər ora uyğunlaşmaq çətin olsa da, sonradan hər şey yaxşı oldu. "Neftçi"də yaxşı bir kollektiv formalaşdırmışdıq. Məni komandanın ən yaxşısı seçmişdilər. çilidə çox tanınmasa da, "Neftçi" kimi böyük komandada oynayırdım. Onu da deyim ki, Bakı getdikcə dünyaya açılan çox möhtəşəm şəhərdir. Orada iki möhtəşəm mövsüm keçirdiyimi deyə bilərəm".

Qeyd edək ki, İqnasio Errera 2017-ci ilin yanvarından 2018-ci ilin iyununadək "Neftçi"nin formasını geyinib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest