"Keşlə" heyətinə daha bir oyunçu cəlb edib. Matc.az xəbər verir ki, paytaxt təmsilçisi anqolalı hücumçu Aleksandr Kristovao ilə mövsümünün sonuna qədər müqavilə bağlayıb.

26 yaşlı futbolçu karyerasına Hollandiyanın "Qroningen" komandasında başlayıb. Anqola yığmasında 5 oyun keçirən və 1 qol vuran Kristovaonun son klubu Səudiyyə Ərəbistanın "Al-Mojzel" komandası olub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest