2019-cu ildə ölkə xaricində forma geyinən ən yaxşı belçikalı futbolçu məlum olub. Matc.az xəbər verir ki, "Het Laatste Nieuws" nəşrinin keçirdiyi sorğuda qalib Madrid "Real"ının futbolçusu Eden Hazard olub. 
 
Bu barədə nəşrin rəsmi saytı məlumat yayıb. Hazard ardıcıl üçüncü dəfədi bu mükafata layiq görülür.
 
29 yaşlı futbolçu 2019-cu ilin ilk yarısını "çelsi"də keçirib. Hazard daha sonra iyul ayında "Real"a transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest