"Qarabağ" Antalyada təlim-məşq toplanışını davam etdirir. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi toplanışın altıncı gününü tək məşqlə başa vurub. 
 
Yerli vaxtla saat 17:30-da start götürən məşqdə futbolçular isinmə hərəkətlərinin ardından fiziki tapşırıqları yerinə yetirib. Daha sonra toplu məşqlər edən komanda üzvləri taktiki çalışmalarla məşqi yekunlaşdırıb.
 
Qeyd edək ki, "Qarabağ" sabah təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək. Yerli vaxtla saat 17:00-da (Bakı vaxtıyla 18:00) start götürəcək matçda "Qarabağ" Rumıniyanın "Akademika Klinçeni" klubu ilə qarşılaşacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest