UEFA-nın sabiq prezidenti Mişel Platini FİFA və İdman Arbitraj Məhkəməsini ünavanına sərt sözlər deyib. Matc az xəbər verir ki, Platini onları mafya kimi davranmaqda ittiham edib:

"FİFA və CAS özlərini mafya kimi aparır. Onlar istədikərini edirlər. Heç kim onlara bir söz deyə bilmir. Mənim FİFA prezidenti olmamağım üçün hər şeyi etdilər. Cəza müddətim başa çatsa da, çox həyəcanlanmıram. çünki bu FİFA üçün maraqlı deyil. İnfantino məni heç vaxt geri qayıtmağa qoymaz. Təsadüfü deyil ki, cəza müddətim FİFA prezident  seçkilərindən cəmi bir neçə ay sonra bitdi".

Qeyd edək ki, Platini 2016-cı ildə UEFA rəhbərliyindən istefa verib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest