Futbol üzrə Almaniya Bundesliqasında 18-ci turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
 
Dortmund "Borussiya"sı bu turda "Auqsburq"un qonağı olub. Kifayət qədər məhsuldar alınan bu oyuna qonaq komandanın yenicə transfer etdiyi Erlinq Haland damğa vurub. Komandasının 1:3 hesabıyla məğlub durumda olarkən meydana çıxan futbolçu het-trikə imza atmaqla "Borussiya"ya əzmkar qələbə qazandırıb.
 
Turnir cədvəlinin vahid lideri "Leyptsiq" isə "Yunion"u qəbul edib və inamlı qələbəyə sevinib.
 
Almaniya Bundesliqası
18-ci tur
17 yanvar
 
Şalke – Borussiya (Münhenqladbax) 2:0
Qol: S.Serdar, 48. Qreqoritş, 58.
 
18 yanvar
 
Auqsburq – Borussiya (Dortmund) 3:5
Qol: Nyederlaxner, 34; 55. Rixter, 46 – Brandt, 49. Haland, 59; 70; 79. Sanço, 61.
 
Fortuna – Verder 0:1
Qol: Kastenmayer, 67-öz qapısına.
 
Köln – Volfsburq 3:1
Qol: Kordoba, 22; 45+2. Hektor, 62 – Steffen, 66.
 
Hoffenhaym – Ayntraxt 1:2
Qol: Stafylidis, 48 – Dost, 18. çandler, 62.
 
Maynts – Frayburq 1:2
Qol: Mateta, 82 – Hoon, 28. Petersen, 41.
 
Leyptsiq – Yunion 3:1
Qol: Verner, 51; 83. Sabitzer, 57 – Bulter, 10.
 
19 yanvar
 
18:30 Herta – Bavariya
21:00 Paderborn – Bayer

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest