Türkiyənin "Kayserispor" klubu heyətini yeni futbolçularla gücləndirib. Matc.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçkinin çalışdırdığı Super Liqa təmsilçisi qış fasiləsində 6 yeni oyunçu transfer edib.
 
Artıq onlar üçün təqdimat mərasimi də təşkil olunub. Altı oyunçu eyni gündə klubla rəsmi müqavilə imzalayıb.
 
Bunlardan Zoran Kvrzic, Mario Şitum və Oğuzhan çapar 2,5, Qustavo Kampanyaro 1,5, Muris Mesanoviç və Enver Cenk Şahin isə yarım illik müqaviləyə imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest