"Avropa Liqasında mübarizə heç də düşünüldüyü kimi asan olmur. Ancaq "Arsenal"ı bu turnirin favoritlərindən sayıram". Matç.az saytının məlumatına görə, bunu "Arsenal"ın əfsanəvi futbolçusu Rober Pires deyib.

İngiltərə mətbuatına danışan 45 yaşlı mütəxəssis Avropa Liqasının qrup mərhələsində keçirilən "Qarabağ" – "Arsenal" matçını dəyərləndirib. 2000-2006-cı illərdə bu klubun formasını geyinmiş Pires "topçular"ın bu turniri qazana biləcəyini düşünür: "Avropa Liqasındakı ilk iki oyuna əsasən deyə bilərəm ki, komandanın ən böyük üstünlüyü Unay Emeri kimi baş məşqçiyə sahib olmasıdı. Yəqin ki, hədəflərindən biri də Avropa Liqasının qalibi olmaqdı. çünki belədə çempionlar Liqasına birbaşa vəsiqə qazanırsan. Bu üzdən yarışın "Arsenal" üçün önəmli olduğunu düşünürəm".

Qeyd edək ki, bu mövsüm Avropa Liqasının final qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest