Türkiyənin "Kasımpaşa" klubunun baş məşqçisi Tayfur Havutçu istefa verib. Matc.az xəbər verir ki, o, Super Liqanın 18-ci turu çərçivəsində səfərdə "Trabzonspor"a 0:6 hesabıyla uduzduqları oyundan sonra təşkil olunan mətbuat konfransında vəzifəsindən getdiyini bəyan edib.
 
49 yaşlı mütəxəssis göstərilən dəstəyə görə klub rəhbərliyinə və azarkeşlərinə minnətdarlığını bildirib, komandaya bundan sonrakı oyunlarda uğurlar arzulayıb.
 
Tayfur Havutçu "Kasımpaşa"ya ötən ilin dekabr ayının əvvəlində baş məşqçi təyin olunmuşdu. Bu müddətdə komanda onun rəhbərliyi altında 5 Super Liqa matçına çıxıb, cəmi 1 qələbə qazandığı halda, 4 məğlubiyyətlə üzləşib. İstanbul təmsilçisi 18 oyuna topladığı 15 xalla 18 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest