"Mançester Yunayted"in ingiltərəli futbolçusu Markus Reşfordun zədəsi cididir. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytından açıqlama verilib.

Açıqlamada bildirilir ki, Reşfordun belində ciddi ağırlar  var. O, bir müddət komanda ilə birgə oynaya bilməyəcək. İngiltərəli futbolçunun təxminən 1,5 aydan sonra meydanlara qayıdacağı bildirilib.

Qeyd edək ki, 22 yaşlı oyunçu Federasiya Kubokunun 3-cü turunda "Vulverhempton"a qarşı oyunda zədələnmişdi. O, bu mövsüm 31 matçda 19 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest