Təlim-məşq toplanışını Anatalyada davam etdirən "Sumqayıt" artıq iki yoxlama oyunu keçirib. "Kimyaçılar" iki oyundan bir heç-heçə, bir məğlubiyyət alıblar. Komandanın ümumi hazırlıq prossesini Amil Yunanov Matc.az-a dəyərləndirib.

"Hazırlığımız olduqca yaxşı gedir. Məşqlərin ilkin mərhələsinə Sumqayıtda  başladıq. Hazırda hazırlığa Anatalyada davam edirik. Demək olar hər şey qaydasındadır. Artıq iki yoxlama oyunu keçirmişik. Düzdür, qalib gələ bilməmişik. Ancaq çatışmayan tərəflərimizi görmək üçün yaxşı fürsət olub. Bilirsiniz ki, yoxlama oyunları da bunun üçündür.

İlk dövrədə az oynadım. Ancaq mövsümün ikinci yarısında çalışıb daha çox forma şansı qazanmalıyam. Hələ qarşıda iki yoxlama oyunumuz var. Bu oyunlar futbolçular üçün yaxşı fürstədir. çalışırıq ki, çempionatın ikinci yarısına yaxşı hazırlaşaq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest