İspaniya La Liqasının 20-ci turu çərçivəsində "Barselona" "Qranada"ya 1:0 hesabı ilə qalib gəlib. Matc.az xəbər verir ki, oyunda yeganə qolu katalonların hücumçusu Lionel Messi vurub. 
 
Bu, argentinalı futbolçunun La Liqa oyunları çərçivəsində "Kamp Nou"da 250-ci qolu olub. Bu barədə İspaniya mətbuatı məlumat yayıb. Bu göstərici "Barselona"nın meydanında qeydə alınan ən yüksək göstəricidi.
 
"Barselona"nın əzəli rəqibi "Real"ın stadionu "Santyaqo Bernabeu"da ən yüksək göstərici isə 178 qoldu. Bu göstərici "Real"ın sabiq futbolçusu, hazırda "Yuventus"un şərəfini qoruyan Kriştiano Ronaldoya məxsusdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest