"Qarabağ" ın legioneri Faysal Rerras karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xəbər verir ki, İtaliya B Seriyasının təmsilçisi "Benevento" Mərakeş əsilli futbolçunu heyətinə qatmaq niyyətindədir.
 
Hazırda B Seriyasında lider olan komanda A Seriyasında çıxış etməyə real namizəddi. Bu səbəbdən yeni mövsüm üçün heyətini gücləndirməyi planlaşdıran "Benevento" "Qarabağ"ın 26 yaşlı oyunçusunu transfer etmək istəyir. Rerrasın Ağdam təmsilçisi ilə sözləşməsi iyun ayına qədərdir. Futbolçuyla İtaliyanın "Krotone", Fransanın "Lans", Türkiyənin "Rizespor" və Belçikanın "Lyej" klubları da maraqlanır. 
 
 
Qeyd edək ki, Faysal "Qarabağ"a ötən ilin yayında transfer olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest