Antalyada təlim-məşq toplanışı davam etdirən "Zirə" bu gün daha bir yoxlama oyununu keçirib. Matc.az xəbər verir ki, "qartallar" Serbiya yüksək liqa təmsilçisi "Napredak" klubu ilə gücünü sınayıb.

Təmsilçimiz Qadze və David Volkovun qolları ilə görüşdən qalib ayrılıb. Bu yaxınlarda "Qəbələ"dən "Zirə"yə keçən Dadid Volkov yeni komandasında ilk qolunu vurub.

Qeyd edək ki, ilk matçında  "ümraniyespor"a 0:3 hesabı ilə məğlub olan "Zirə" ikinci oyununda Rumıniya "Sepsi"sinə qalib gəlib - 2:0.

 

Yoxlama oyunu

 "Zirə" - "Napredak" (Serbiya) 2:0

Qadze, Volkov

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest