"Araz" futzal klubunun çempionlar Liqasının əsas mərhələsindəki son oyununa təyinatlar açıqlanıb. Matç.az saytının məlumatına görə, qarşılaşma sabah baş tutacaq.

Luçeneç şəhərində eyniadlı komanda ilə keçiriləcək görüşün birinci hakimi vəzifəsini almaniyalı Sven Eyxler yerinə yetirəcək. İkinci hakim David Şerli (İsveçrə), üçüncü hakimi isə Kamil çətin (Türkiyə) olacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə 20:00-da start götürəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest