Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qəbələ" bu gün daha bir yoxlama oyunu keçirib. "Qırmızı-qaralar" Bolqarıstanın "Etar" klubu ilə üz-üzə gəlib

Təlim-məşq toplanışını Antalyada davam etdirən "Qəbələ" bu gün daha bir yoxlama oyunu keçirib. Matc az xəbər verir ki, "qırmızı-qaralar" Bolqarıstanın "Etar" klubu ilə üz-üzə gəlib.

Bu qarşılaşmada qapılara qol vurulmayıb.

Qeyd edək ki, bundan öncə iki yoxlama oyunu keçirən "Qəbələ"ilk görüşdə Macarıstanın i MTK klubuna 0:3 hesabı ilə uduzsa da, ikincidə Rusiya təmsilçisi "çayka"ya qarşı eyni hesabla qalib gəlmişdi. Təmsilçimiz ayın 25-də  Rumıniyanın "Konkordiya" klubu ilə qarşılaşacaq.

 

Yoxlama oyunu
22 yanvar

"Qəbələ" – "Etar" (Bolqarıstan) 0:0
"Karvansaray" otelinin meydançası

Qəbələ: 94. Tərlan Əhmədli, 2. Amin Seydiyev, 3. İvitsa Juniç, 4. Sadiq Quliyev, 8. Qismət Alıyev, 10. Klesio Bauk, 11. Asif Məmmədov (k), 14. ülvi İsgəndərov, 17. Yavo Akakpo, 74. Yusif Nəbiyev, 90. Caio Manoel (baxışdadı).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest