AFFA İntizam Komitəsinin qərarları açıqlanıb. Matc.az xəbər verir ki,  U-13 Qızlar Liqasının, "UGİM" (Naftalan) – "Gənclik UFK" oyununda "Gənclik UFK" komandasının heyətində sənədi olmayan oyunçu iştirak etdiyi üçün komandaya texniki məğlubiyyət verilib və hesab olduğu kimi saxlanılıb (6-0).
 
Futzal üzrə Azərbaycan Kubokunun 1/32 final mərhələsində isə  "AzMİU" komandasına texniki məğlubiyyət verilib. Buna səbəb komandanın "Baker Hughes"ə qarşı keçirdiyi cavab oyununda  heyətində yetərli oyunçunun olmaması olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest