"Beşiktaş" "çesli"nin hücumçusu Mişa Batşuayini heyətinə qatmaq niyyətindədir. Matc.az xarici mətbuata istinadən bildirir ki, İstanbul təmsilçisi 26 yaşlı forvardı transfer etməklə hücum xəttini gücləndirmək niyyətindədir.

Ancaq xəbərdə belçikalı oyunçu ilə maraqlanlar arasında "Kristal Pelas"ın olduğu bildirilib. Hər iki klubun da Batşuayi üçün təklifini verdiyi və son qərarın belçikalıda olduğu qeyd edilib.

Qeyd edək ki, Batşuayi bu mövsüm İngiltərə Premyer Liqasında 14 oyun keçirib və cəmi bir qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest