"Tottenhem"in oyunçusu Kristian Eriksen karyerasını İtaliyada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən bildirir ki, bir müddətdir ayrılması gündəmdə olan danimarkalı oyunçu London təmsilçisinin rəhbərliyi ilə görüşüb komandadan getmək istədiyini bildirib.

Danimarkalı oyunçu üçün "İnter" klubu israrlıdır. Ancaq xəbərdə bildirilir ki, tərəflər hələ də razılığa gələ bilməyiblər. Eriksenin "Tottenhem"lə mövsümün sonuna qədər müqaviləsi.

Qeyd edək ki, bu yaxınlarda Joze Mourinyo danimarkalı futbolçunun komandada qalmasını istədiyini açıqlamışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest