KONKAKAF Millətlər Liqasının seçmə mərhələsində növbəti oyunlar keçirilir. Matç.az saytı xəbər verir ki, "Qarabağ" və "Neftçi"nin futbolçuları Vild-Donald Gerye ilə Soni Mustivarın şərəfini qoruduğu Haiti 3-cü oyununa çıxıb.

Nikaraquanın qonağı olan haitililər ilk hissədə vurduqları 2 cavabsız qolla meydanı qalib tərk ediblər – 2:0. Həm Gerye, həm də Mustivar meydana start heyətində daxil olub. Lakin "Qarabağ"ın müdafiəçisi komandası 1:0 hesabı ilə öndə olduğu vaxt, 16-cı dəqiqədə birbaşa qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Mustivar isə 77 dəqiqə meydanda qalıb və sona yaxın əvəzlənib.

Bu qələbə ilə xallarının sayını 9-a yüksəldən Haiti liderliyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest