"Beşiktaş" baş məşqçi Abdullah Avcı ilə yolları ayırmağa hazırlaşır. Matc.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,  uğursuz gedişatdan sonra klub rəhbərliyi artıq yeni məşqçi axtarışındadır.

Mövsümə yaxşı başlamayan "qartallar" Avropa Liqasında da gözlənilən nəticəni vermədi. Son olaraq Türkiyə kubokun 1/16 final mərhələsində "Erzurumspor"a evdə 3:2 məğlub olan "Beşiktaş" mübarizəni erkən dayandırdı. Artıq iki gündür azarkeşlər sosial şəbəkələrdə Abdullah Avcının istefasını tələb edirlər.

Qeyd edək ki, Avcı bu mövsüm "Başakşəhər"dən "Beşiktaş" keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest