Fransa çempionu PSJ ciddi itkiylə üzləşib. Marc.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Markinyos sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Fransa kubokunun yarımfinalında, PSJ-nin "Reyms"i məğlub etdiyi (3:0) matçda zədələnən Markinyos, ən azı 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest