"Yığmaya çağırıldığım üçün çox xoşbəxtəm. Məndən gözləniləni etmək üçün bütün gücümlə çalışacam". Matç.az saytı xəbər verir ki, bu sözlər Bosniya və Herseqovinanın U-21 millisinin debütantı Milan Saviçə məxsusdu.

İlk dəfə yığmasına dəvət alan 18 yaşlı hücumçu sabah Azərbaycan millisi ilə Zenitsa şəhərində keçiriləcək yoldaşlıq görüşünü dəyərləndirib.

"Mexelen"də çıxış edən Saviçin fikrincə, Bosniya və Herseqovina cütlüyün favoritidi: "Əla komandamız var, böyük işlər görə bilərik. İlk toplanışdaca hamı işinə olduqca ciddi yanaşır. Gələcəkdə böyük uğurlar qazanacağımıza inanıram. Fikrimcə, biz Azərbaycan yığmasından daha güclü komandayıq. Bazar ertəsi bunu meydanda sübut etmək üçün əlimizdən gələni edəcəyik. Yalnız qələbə gözləyirəm".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest