İtaliya çempionatının 21-ci turunun oyunları keçirilib. Matc.az xəbər verir ki, "Milan" səfərdə "Breşia"nı 1:0 hesabı ilə məğlub edib.

"Milan"nın yeni qapıçısı Asmir Beqoviç bu oyunda da çıxış etməyib. Bosniya və hersoqovinalı qapıçının adı oyunun iştirak ərizəsinə daxil edilsə də, o, meydana çıxmayıb.

Qeyd edək ki,  Asmir Beqoviç bu yaxınlarda "Bornmut"dan "Milan"a keçib. O, mövsümün ilk yarısını  icarə əsasında "Qarabağ"da keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest