Antalyada təlim-məşq toplanışı keçirən "Qarabağ" bu gün 2 yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə Çexiyanın "Siqma" komandası ilə qarşılaşıb

Antalyada təlim-məşq toplanışı keçirən "Qarabağ" bu gün 2  yoxlama oyununa çıxıb. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi əvvəlcə çexiyanın "Siqma" komandası ilə qarşılaşıb.
 
Bakı vaxtı ilə 12:30-da start götürən qarşılaşma çexiya təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ağdam klubunun yeganə qolunu Musa Qurbanlı vurub. Komandanın yeni transferi Kvabena Ovusu da bu oyunda debüt edib.
 
Qurban Qurbanovun yetirmələri 2-ci yoxlama görüşündə Polşanın "Visla" komandası ilə üz-üzə gəlib. Bu oyun Bakı vaxtı ilə 18:30-da başlayıb. Daha məhsuldar alınan bu oyunda da Ağdam klubu meydanı məğlubiyyətlə tərk edib.
 
Qeyd edək ki, "Qarabağ" bunadək 2 yoxlama oyunu keçirmişdi. Rumınyanın "Akademiya Klinçeni"si ilə 2:2 hesablı heç-heçə edən komanda Qazaxıstan "Jetisu"sunu minimal fərqlə  üstələmişdi - 1:0.
 
Yoxlama oyunları
25 yanvar
 
"Qarabağ" – "Siqma" (çexiya) 1:3
Qol: Musa Qurbanlı
 
Qarabağ: Vaqner da Silva, Araz Abdullayev, Filip Ozobiç, Hacıağa Hacılı, Faysal Rerras, Musa Qurbanlı, Nihad Tamazov, Abbas Hüseynov, Cavid Bayramov, Toral Bayramov, Maqaye Qeye.
 
"Qarabağ" – "Visla" (Plotsk, Polşa) 2:3
Qol: Mahir Emreli, 18-pen. Xayme Romero, 52.
 
Qarabağ: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 3. Aylton Silva, 5. Maksim Medvedev, 8. Miçel Madera, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdulla Zubir, 18. İsmayıl İbrahimli, 55. Bədavi Hüseynov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest