Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti yoldaşlıq oyununu keçirib. Matc.az xəbər verir ki, Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan yığmamız 2:0 hesablı qələbə qazanıb.
 
U-19-un heyətində Camal Cəfərov və Elçin Qasımov fərqlənib.
 
Bu komandalar arasında növbəti oyun yanvarın 27-də keçiriləcək.
 
Millimiz daha öncə Türkiyənin "Alanyaspor" klubunun U-19 komandasına 4:2 hesabıyla qalib gəlmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest