Dç-2020-nin elit-raund mərhələsinə hazırlaşan futzal üzrə Azərbaycan milli komandası bu gün oyunların keçiriləcəyi Xorvatiyaya yola düşüb. Matc.az xəbər verir ki, Bakı-İstanbul-Zaqreb reysi ilə adıçəkilən ölkənin paytaxtına yollanan futzalçılarımız oyunların keçiriləcəyi Osiek şəhərinə avtobusla gediblər.
 
Komanda "Osiek" otelində məskunlaşıb və bu gün ilk məşqinə çıxacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest