Futbol üzrə Almaniya Bundesliqasında 19-cu turun oyunları keçirilir. Matc.az xəbər verir ki, turun əksər görüşləri şənbə gününə təsadüf edib.
 
Lider "Leyptsiq" bu turda çətin "Ayntraxt" səfərinə yollanıb və məğlubiyyətlə üzləşib.
 
"Bavariya" isə "Şalke"ni sınağa çəkib. Liderin məğlubiyyətindən maksimum yararlanan Münhen klubu 5 cavabsız qolla qalib gələrək xal fərqini minimuma endirib.
 
Almaniya Bundesliqası
19-cu tur
24 yanvar
 
Borussiya (Dortmund) – Köln 5:1
Qol: Gerrero, 1. Roys, 29. Sanço, 48. Haland, 78; 87 – Ut, 64.
 
25 yanvar
 
Borussiya (Münhenqladbax) – Maynts 3:1
Qol: Plea, 24; 76. Noyhaus, 87 – Kayson, 11.
 
Ayntraxt – Leyptsiq 2:0
Qol: Ture, 48. Kostiç, 90+4.
 
Frayburq – Paderborn 0:2
Qol: Adyey, 48. Sabiri, 84-pen.
 
Yunion – Auqsburq 2:0
Qol: Subotiç, 47. İnqvartsen, 61.
 
Volfsburq – Herta 1:2
Qol: Mehmedi, 68 – Torunariqa, 74. Lukebakio, 90.
 
Bavariya – Şalke 5:0
Qol: Levandovski, 6. Müller, 45+2. Qoretska, 50. Alkantara, 58. Qnabri, 89.
 
26 yanvar
 
18:30 Verder – Hoffenhaym
21:00 Bayer – Fortuna

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest