"Barselona" İspaniya La Liqasının 21-ci turunda "Valensiya"ya 0:2 hesabı ilə məğlub olub. Matc.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 2016-cı ildən bəri ilk dəfə "Valensiya"ya uduzur.
 
Həmin ilin aprelində "Valensiya" səfərdə "Barselona"nı 2:1 hesabıyla məğlub etmişdi.
 
Bundan başqa, bu qələbə sayəsində "Valensiya" 2007-ci ildən bəri ilk dəfə doğma meydanda Kataloniya klubuna qalib gəlib. Həmin görüş "Barselona"nın 1:2 hesablı məğlubiyyəti ilə başa çatmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest