Türkiyənin "Qaziantep" klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, Suepr Liqa təmsilçisi Portuqaliyanın "Belenenseş" klubundan Andre Souzanı transfer edib.
 
Bu barədə "Qaziantep"in rəsmi saytı məlumat yayıb. 29 yaşlı portuqaliyalı yarımmüdafiəçi Türkiyə klubu ilə 1,5 illik müqavilə imzalayıb.
 
"Sportinq"in yetirməsi olan və peşəkar karyerası ərzində 260 rəsmi oyuna çıxan futbolçu, 16 qola sevinib. O, vaxtilə Portuqaliyanın U-21 yığmasında da oynamasına baxmayaraq, əsas milliyə dəvət almayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest